21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

150 tələbəyə təqaüd verən "azərbaycanlı" kimdir ? - SAXTA HESAB

31.01.2019

İlk dəfə "Ulmila xanım”ın adı "Maşın şou”nun iştirakçısı, tanınmış vayner-aktyor Mənsur Şəriflə bağlı hallandı.
"Dövran Media" xəbər verir ki, ötən ay "Maşın şou”dan ayrılan Mənsur Şərifə Kaliforniyadakı "Paqani” avtomobil şirkətinin sahiblərindən olduğu bildirilən "Ulmila xanım” adlı Güney Azərbaycandan olan xanımın 2,8 milyonluq "Paqani-Narcia” maşını hədiyyə etdiyi açıqlandı.
Ölkə mediasında da tirajlanan bu xəbərə hədiyyə alanın reaksiya verməməsi "Ulmila xanım”a marağı artırdı.
Bir müddət öncə isə bu xanımın ABŞ Prezidenti Donald Trampla fotoları yayıldı və bu da Azərbaycan mediasının diqqətini çəkdi.
Ötən gün daha maraqlı paylaşımla "Ulmila xanım” artıq Azərbaycan mediasının araşdırmasını vazkeçilməz etdi. Xanım xaricdə təhsil alan 150 azərbaycanlı tələbəyə təqaüd verəcəyini elan edirdi və sənədlərin toplanması kampaniyasına başlandığını bildirirdi. Bu paylaşım 2 gün ərzində bir neçə dəfə təkrarlanmışdı.
"Palmali” şirkətlər qrupunun rəhbəri, Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovun 100 azərbaycanlı tələbəyə 1 fevraldan təqaüd verəcəyi və artıq sənədlərin toplandığı barədə rəsmi açıqlamasından sonra növbəti azərbaycanlının belə bir təşəbbüsü alqışlanasıdır. Ancaq M.Mənsimovdan fərqli olaraq, dünənə qədər Azərbaycanda kimsənin tanımadığı "Ulmila xanımın” kimliyi və onun tanıtımı mütləqdir.
"Ulmila xanım” kimdir?
Əslində, rəsmi mərasimlərdəki fotolarını paylaşmaqla tanınan bu xanımın tərcümeyi-halı ilə bağlı faktlar toplananda məlum oldu ki, heç nə təqdim olunduğu kimi deyil.
Əsl həqiqət budur: Fotoda gördüyünüz və ABŞ Prezidenti Donald Trampla görüşən xanım Leyla Milani Koşbindir.
1982-ci il təvəllüdlü Leyla Milani İtaliyada doğulub, fars əsillidir, Kanadanın tanınmış model-aktrisasıdır. Milani İran əsilli Manni Koşbin adlı biznesmenlə evlidir.
"Paqani” avtomobil zavodunun isə bu xanıma yaxından-uzaqdan heç bir aidiyyəti yoxdur. "Paqani” avtomobil şirkətinin tək sahibi və yaradıcısı 63 yaşlı italyan Horasi Paqanidir.
Leyla Milani İnstaqram ulduzudur və bir milyon izləyicisi var. Özünü isə "Leylamilani brendi”nin yaradıcısı kimi təqdim edir.
Başqa sözlə desək, digər sosial şəbəkələrdəki "Ulmila xanım”ın Leyla Milaniyə aidiyyəti yoxdur.
Mənsur Şərif axır ki, danışdı
Bəs, 2,8 milyonluq maşın hədiyyə aldığı bildirilən "Mənsur Şərif hadisəsi” nədir? M.Şərif niyə indiyə qədər açıqlama verməyib?
Mənsur Şərifin telefonuna cavab verən və meneceri olduğunu bildirən Əli adlı şəxs  bildirib ki, Mənsur Şərifə "Ulmila xanım”ın avtomobil bağışlaması barədə məlumat tamamilə yalandır.
"Bizim münasibətimizi heç kəs öyrənməyib, ona görə də açıqlama verə bilməmişik. Yaxşı ki, siz soruşursunuz, çünki bizə çoxsaylı zənglər gəlməkdədir. Bu xəbər tamamilə yalandır, belə bir şəxs yoxdur və o, Mənsur Şərifə heç bir avtomobil bağışlamayıb”, - Əli olduğunu bildirən şəxs deyib.
Maraqlıdır, Leyla Milaninin adından istifadə edən "Ulmila xanım”ın məqsədi nədir?
Bir o bəllidir ki, "Ulmila xanım” tələbələrin şəxsiyyət vəsiqəsinin surətini toplayır. Ondan hansı məqsədlər üçün istifadə edəcəyi isə sual altındadır.
Ona görə də tələbələrdən diqqət olmağı və reklam olunan [email protected] ünvanına heç bir sənəd göndərməməyi tövsiyə edirik.
Qeyd edək ki, Azərbaycanda "Ulmila xanım” kimi məşhurlaşmasından və sağa-sola hədiyyələr "paylaşmasından” xəbərsiz olan Leyla Milani Koşbinə açıqlama üçün müraciət etmişik.