21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Enerji içkilərinin satışı onlar üçün məhdudlaşdırılsın - TƏKLİF

31.01.2019

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 18 yaşa qədər olan şəxslərin enerji içkilərdən istifadə etməsinin məhdudlaşdırılmasını təklif edib.
"Dövran Media" xəbər verir ki, Q.Təhməzli çıxışında enerji içkilərinin insan orqanizminə mənfi təsirinin kofeinin miqdarı və həzmə sürətlə daxil olmasından asılı olduğunu deyib.
Q.Təhməzli bildirib ki, bu içki soyuq qəbul edildiyindən ani olaraq mədədə sovrulma hissi baş verir:
"Süni qan dövranının sürətlənməsi ilə yalançı oyanıqlıq sistemi yaranır. İnsanlar da elə düşünür ki, bu, gümrahlıq hissidir. O, insan sağlamlığı üçün böyük təhdiddir. Soyuq çaylar insan bədəninə soyuq şəkildə daxil olsa da, kofeinin miqdarı 11 mq ölçüsündədir.
Ümumiyyətlə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı bildirilməlidir. Bununla bağlı hökumətə müraciətimiz oldu. AMEA bizə rəy ünvanlayıb və fikirlərimiz üst-üstə düşüb”.