Ərəblərdən türk seriallarına QƏFİL QADAĞA
05.03.2018
BƏƏ-nin aparıcı media qruplarından olan MBC ona tabe olan 11 kanala türk seriallarını yayımdan qaldırmaq barədə göstəriş verib.
"Dövran Media"nın məlumatın görə, BƏƏ ilə Türkiyə arasında olan gərginlik mediaya da öz təsirini göstərib. 11 kanala türk seriallarını göstərmək qadağan olunub. Bu seriallar arasında "Vətənim sənsən" serialı da daxil olmaqla 6 serial var.
MBC media qrupunun hissədarlarının kim olduğu bilinmir, amma onların arasında Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərinin də olduğu ehtimal edilir./AzNews.az/