QazaxıstanTürk dövlətlərini bu alyansa qoşulmağa cağırdı
31.01.2019
Qazaxıstanda hesab edirlər ki, türk ölkələri arasında informasiya sahəsində əməkdaşlığın böyük potensialı var.
Qazaxıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələri informasiya və kommunikasiya texnologiyaları sahəsində inteqrasiyanı gücləndirməyə çağırdı. "Dövran Media” xəbər verir ki, "Kazinform" agentliyinın verdiyi məlumata görə, bu barədə Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev bildirib.
Onun sözlərinə görə, informasiya sahəsində türkdilli ölkələr arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya texnologiyasının inkişafı üçün məsul olan nazirlərin görüşündə Abayev Qazaxıstanda əldə olunan nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ölkələri texnoparkların inteqrasiyası haqqında bəyannamə imzalamağı planlaşdırır və türkdilli ölkələri yaradılan alyansa qoşulmağa çağırır.
Xatırladaq ki, yanvarın 31-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaların inkişafına məsul nazirlərin üçüncü iclası keçirilir.
"DM"