23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nikah üçün tələb olunan sənədlərin sayı azaldılır

31.01.2019

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır. Bununla bağlı Ailə Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif olunur.
Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.
Təklif edilən yeni dəyişikliyə əsasən isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.
Dəyişikliklərin edilməsində məqsəd "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasını təmin etməkdir.
Ailə Məcəlləsinə yeni dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.