"Azərbaycan məhsulları Türkiyə bazarlarına ixrac olunacaq" - SƏFİR
30.01.2019
"Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafının göstəricisidir".
"Dövran Media" xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına səfəri zamanı jurnalistlərə Türkiyə səfiri Erkan Özoral deyib.
Səfirin sözlərinə görə, Sənaye Parkının tikintisində Türkiyə şirkətlərinin də rolu olub:
"Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığının bir hissəsidir. Burada istehsal olunacaq məhsulların böyük bir qismi Türkiyə bazarlarına ixrac olunacaq".
E.Özoral bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Sənaye Parkında istehsal olunacaq məhsulları Türkiyəyə çatdıraraq oradan Avropaya da ixrac etmək mümkün olacaq:
"Gələcəkdə bura təkcə Azərbaycanın deyil, Türkiyənin də iqtisadi inkişafına mühüm töhfə verəcək".