FETÖ-nun adamı həbs edildi - BAKIDA
30.01.2019
FETÖ-nun Azərbaycandakı təşkilatının rəhbərlərindən sayılan İbrahim E. Türkiyənin təhlükəsizlik orqanlarına təhvil verilib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Yeni Şəfəq” nəşri yazıb.
Məlumata görə, saxlanılan şəxs Türkiyədə bağladılan "Zaman” qəzetinin ölkəmizdəki mətbəəsinin sahibi olub.
Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) tərəfindən yeri müəyyən edilən sözügedən şəxsin əvvəlcə təqibinə başlanılıb. Daha sonra İbrahim E. MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
İbrahim E. ötən həftə Türkiyəyə tərəfinə təhvil verilib.