Mühüm fərman - Layihə uzadıldı
30.01.2019
Prezident İlham Əliyev "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”yə dəyişiklik edilməsi haqda fərman imzalayıb.
"Dövran Media" xəbər verir ki, fərmana əsasən "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”nin müddəti artırılıb.
Bununla da sözügedən rayonlarda pilot layihə 2019-cu il fevralın 1-ə qədər deyil, 2020-ci il yanvarın 1-ə qədər davam edəcək.