Paşinyanla Köçəryan savaşa başlayır
30.01.2019
Qarabağ separatçıları arasında yaxın gələcəkdə istefa dalğası davam edəcək.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb. Məlumata görə, qondarma rejimin "müdafiə naziri” Levon Mnatsakanyandan sonra onun müavini Samvel Karapetyan da istefaya göndərilə bilər:
"Onu çoxdan istefaya göndərmək istəyirdilər, lakin o, kifayət qədər müstəqildir. Buna görə də o öz hakimiyyəti altında "ordunun” böyük hissəsini saxlaya bilər və kənardan ona çoxları hörmət edir. Karapetyanla bərabər İrəvanda səsləndirdiyi fikirlərə görə "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan da istefaya göndərilə bilər. Buna başqa səbəb isə separatçı qurumda baş verə biləcək "növbədənkənar prezident seçkisi” ola bilər. Ermənistan hakimiyyəti üçün bu halda əsas favorit Araik Arutyunyandırsa, Köçəryan komandası üçün bu namizəd Balasanyan sayılır”.