21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazarbayev: Hamımız o kostyumlardan geyinməliyik

30.01.2019

"Dövran Media" xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirlərə xarici istehsalçılar tərəfindən deyil, respublikada tikilmiş kostyumları seçməyə çağırıb.
"Geyim, ən sadə paltar. Hər şey bizə xaricdən gətirilir. Aydındır, dəblə geyinən qadınlar, kişilər, modaçılar var. Onlara Chanel və sair verə bilərlər, bəs sadə insanlar? Dünən konfransda gənclərlə görüşəndə mənə əla kostyum və gözəl ayaqqabılar göstərildi. Sadəcə əhəmiyyət vermirik. Nəyə görə onları inkişaf etdirməyək? " - deyə , Nazarbayev hökumətin keçirdiyi yıgıncaqda bildirib.
O, belə hesab edir ki, Qazaxıstanda hazırlanmış paltarları geyinmək vacibdir. "Biz, burada əyləşənlər, hamımız yerli istehsalımız olan geyimlərə keçməliyik, bunda dəhşətli heç nə yoxdur" – deyə, prezident vurğulayıb.
Xatırladaq ki, çərşənbə günü Astanada keçirilən Qazaxıstan hökumətinin geniş yığıncağında nazirlər və bölgələrin başçıları da iştirak edirlər.
"DM"