Abe: Oralar bizim əzəli torpaqlarımızdır
30.01.2019
Rəsmi Tokio həmişə Cənubi Kuril adalarını özünün əzəli torpaqları hesab edib.
"Dövran Media" xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe danışıb.
Onun sözlərinə görə, Yaponiya Kunaşir, İturup, Şikotan və Habomai adalarının mülkiyyət hüququnu müəyyən etməklə sülh müqaviləsi imzalamağa çalışır.
"Şimal əraziləri bizim əzəli torpaqlarımızdır. Bu mövqeyimizdə dəyişiklik yoxdur”, - Abe bildirib.