Baş inspektor həbs edildi - DİN
29.01.2019
Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov vəzifəsində azad edilib.
Bu barədə açıqlamasında Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.
Onun sözlərinə görə, Ş.Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub.
"Nazirliyin nüfuzuna və polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə Şahin Əhmədov daxili işlər orqanlarında tutduğu vəzifəsindən və daxili işlər orqanlarında xidmətdən azad olunub. Faktla bağlı araşdırma müddətində toplanan materiallar isə hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə O.Mansurzadə qeyd edib.
DİN rəsmisi nazirliyin 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
"Yayılan məlumatlar şişirdilmiş və əsassızdır”, - deyə o vurğulayıb.