21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nəsiminin dərisi necə soyulub? - 300 illik FOTO

29.01.2019

İmadəddin Nəsiminin bizə gəlib çatan təsviri. Bu təsvir 1700-cü illərə aiddir, Mərkəzi Asiyada tapılıb. Təsviri 2009-cu ildə elmə təqdim edən şəxs – ilk alman nəsimişünası, türkologiya professoru Maykl Reinxard Hessdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri yazıçı, filosof Ağalar Qut sosial şəbəkədə qeyd edib.
O, Nəsiminin nadir təsvirinin fotosunu paylaşaraq, onun edamı haqda maraqlı fikirlər yazıb:
"Şəkildə Nəsiminin edam edildiyi görülür. Hess yazır ki, dərisini soyaraq edam etmək hətta orta əsrlər ənənələrinə görə də qeyri-adi edam növü idi, görünür, belə dəhşətli ölümlə xalqın hürufiliyə get-gedə artan meyilinin qabağını almaq istəyiblər. Hessə görə, əgər təsvir həqiqəti əks etdirirsə, onda ola bilsin, Nəsimini diri-diri yox, Nəsimidən təxminən min il qabaq yaşayan, manixeizmin qurucusu Mani kimi, edam etdikdən sonra dərisini soyublar. Yeri gəlmişkən, akademik Ziya Bünyadov Nəsiminin ancaq üzünün dərisinin soyulduğunu yazır”.