Karasin İrəvana gəlir
29.01.2019
Rusiya Xarici İşlər nazirinin müavininin stats-katibi Qriqori Karasin İrəvana səfər edəcək.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, səfər zamanı Karasin Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşəcək.
Görüşdə əsas müzakirə mövzusunun Ermənistan-Rusiya ikitərəfli əlaqələri olacağı vurğulanıb.