“Formula-1” pilotları nə qədər qazanır? - AÇIQLAMA
29.01.2019
2019-cu ildə "Formula-1” pilotlarının qazancları açıqlanıb.
"Dövran Media" v"F1 WeekEnd” kanalına istinadən xəbər verir ki, növbəti mövsümdə ən yüksək qazancı "Mersedes”in pilotu Lyus Hamilton əldə edəcək.
Müqaviləyə əsasən, beşqat dünya çempionu bu mövsümdə 57 milyon dollar qazanacaq.
İkinci yerdə "Ferrari”nin pilotu Sebastyan Fettel qərarlaşıb. Onun qazancı 45 milyon dollar olacaq. İlk üçlüyü "Renault”un pilotu Daniel Rikkardo qapayır. Müqaviləyə əsasən, o, bu mövsümdə 17 milyon dollar qazanc əldə edəcək.
2019-cu ildə "Formula-1”in pilotlarının qazancı belə olacaq:
1. Lyus Hamilton (Mersedes) – 57 mln.
2. Sebastyan Fettel (Ferrari) – 45 mln.
3. Daniel Rikkardo (Renault) – 17mln.
4. Maks Ferstappen (Red Bull) – 13,5 mln.
5. Baltteri Bottas (Mersedes) – 8,5 mln.
6. Kimi Raykkonen (Sauber) – 4,5 mln.
7. Niko Xyulkenberq (Renault) – 4,5 mln.
8. Karlos Sayns (McLaren) – 4 mln.
9. Sarl Lekler (Ferrari) – 3,5 mln.
10. Serxio Peres (Racing Point) – 3,5 mln.
11. Romen Qrojan (Hass) – 1,8 mln.
12. Pyer Qasli (Red Bull) – 1,4 mln.
13. Lens Stroll (Racing Point) – 1,2 mln.
14. Kevin Maqnussen (Hass) – 1,2 mln.
15. Robert Kubitsa (Williams) – 570 min
16. Daniel Kvyat (Toro Rosso) – 300 min
17. Lando Horris (McLaren) – 260 min
18. Antonio Covinassi (Sauber) – 230 min
19. Corc Rassell (Williams) – 180 min
20. Aleksandr Albon (Toro Rosso) – 170 min.
Xatırladaq ki, Azərbaycan Qra-Prisi aprelın 26-28-də baş tutacaq.