Paşinyan: Bizə tranzit boru kəməri lazımdır
29.01.2019
Ermənistan öz ərazisindən tranzit boru kəmərinin keçməsində maraqlıdır.
"Dövran Media" xəbər verir ki, bu fikirləri RBK telekanalına müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Belə ki, o, jurnalistin "Ermənistan Rusiyadan enerji asılılığının azaldılmasına tərəfdar ölkələrə qoşulmağı planlaşdırırmı?” və "Yerevan "Şimal axını – 2” layihəsini şəxsi təhlükəsizliyə təhdid kimi görürmü?” suallarına cavab verib.
"Təəssüf ki, Ermənistan hazırda "Şimal axını – 2” layihəsində iştirak etmir. Ancaq biz ölkə ərazisindən hansısa tranzit boru kəmərinin keçməsində və bu tipli layihələrdə maraqlıyıq”, - deyə Paşinyan bildirib.