Rekord: Dilində 62 kibrit söndürdü - VİDEO
29.01.2019
Slovakiyalı Pavol Durdik yanan kibritləri dilində söndürdüyünə görə Ginnesin Rekordlar kitabına düşüb.
"Dövran Media" xəbər verir ki, bununla bağlı UPI agentliyi məlumat yayıb.
Puxov şəhər sakini 62 ədəd yanan kibriti dilində söndürməyə nail olub və ona məxsus əvvəlki iki rekordu yeniləyə bilib.
O, 2017-ci ilin fevralında 45, bir ay sonra isə 59 kibriti dilində söndürüb.
Bununla yanaşı, Durdikin başqa məşğuliyyətləri də var. O, 2017-ci ildə 30 saniyə ərzində ayağına 28 corab geyinməklə rekord qırmışdı.