Onun qardaşı da işdən çıxarıldı
29.01.2019
Xətai Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.
"Dövran Media" xəbər verir ki, sabiq icra başçısının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.
Xatırladaq ki, Razim Məmmədov ötən ilin dekabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.