Boru kəmərində daha bir partlayış
29.01.2019
Meksikanın İdalqo ştatında boru kəmərinin qanunsuz kəsilməsi səbəbindən daha bir partlayış baş verib. Trend-in məlumatına görə, insident zamanı xəsarət alanlar barədə hələ məlumat yoxdur.
Partlayışın ardınca boru kəmərində güclü yanğın başlayıb. Hazırda hadisə yerində polis, mülki müdafiə və xilasedicilər qrupu işləyir.
Daha öncə qeyd edilmişdi ki, Meksika Müdafiə Nazirliyi bu ilin yanvarın 7-dən 27-dək 1,7 min boru kəmərinin qanunsuz kəsilməsi faktı aşkarlayıb.