Əhali etirazlara hazırlaşır - Ermənistanda
29.01.2019
Yayda Ermənistandakı kənd əhalisi arasında etiraz dalğası gözlənilir.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni sosioloq Aqaron Adibekyan deyib. Onun sözlərinə görə, bu etirazlar hökumətdəki və Kənd Təsərrüfatı Nazirliyindəki struktur dəyişiklikləri ilə bağlı olacaq:
"Yayda süd məhsullarının satışının təşkili ilə bağlı problem yaranacaq. Bu da kəndçilər arasında etirazlar və narazılığa səbəb olacaq”, – deyə o bildirib.