AB türk ölkəsinə silah göndərir - GİZLİ
28.01.2019
Türkmənistan AB ölkələrindən çoxlu sayda silah alır.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Bellingcat” araşdırma qrupu yayıb. Məlumata görə, Türkmənistana silah daha çox İtaliyadan verilib.
2007-2017-ci illər ərzində Türkmənistan Avropa ölkələrindən 370 milyon avro dəyərində silah alınıb ki, bunun da 76%-i Romanın payına düşüb. Araşdırma qrupu İtaliyanın silah tədarükünü müxtəlif adlar altında gizlətdiyini vurğulayıb.
Qeyd edək ki, 2008-ci ildə AB ölkələri repressiv ölkələrə silah ixracını qadağan edib. Bununla bərabər İtaliyanın özünün də insan haqları üzrə beynəlxalq konvensiyaları pozan ölkələrə silah tədarükünü qadağan edən qanunu mövcuddur.