BMT rəsmisi Türkiyədədir - Qaşıqçı məsələsi
28.01.2019
BMT-nin məhkəmədənkənar edamlar məsələsi üzrə xüsusi məruzəçisi Anes Kalamar jurnalist Camal Qaşıqçının qətli ilə bağlı təhqiqat aparmaq üçün Türkiyəyə səfərə gəlib.
"Dövran Media" xəbər verir ki, Ankarada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Anes Kalamar arasında görüş olub. Görüşdə tərəflər jurnalist Camal Qaşıqçının qətlinin açılması ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Bildirilir ki, Anes Kalamarın Türkiyəyə səfəri fevralın 2-dək davam edəcək.