Türk ordusundan PKK-ya zərbə - Suriyada
27.01.2019
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı Azez və Mare bölgələrini haubitsalarla atəşə tutub.
"Dövran Media" xəbər verir ki, bölgədə yerləşən YPG/PKK mövqelərinə 20-dən artıq zərbə endirilib.
Məlumata görə, ötən gecə ASO üzvləri ilə PKK terrorçuları arasında atışma baş verib. Nəticədə ASO-nun 1 üzvü həlak olub, daha 3 nəfəri yaralanıb. "Fərat qalxanı” bölgəsindəki türk hərbçiləri də PKK-nın hücumuna qarşılıq olaraq artilleriya zərbələri endirib.