21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Markın tələbə yoldaşı ONU İFŞA ETDİ

26.01.2019

"Facebook”un saxta hesablar problemini yanlış dəyərləndirdiyi və istifadəçilərinin 50%-nin gerçək olmadığı iddia edilir.
"Dövran Media" xəbər verir ki, iddianın sahibi isə "Facebook”un qurucusu Mark Zukerbergin Harvard Üniversitetindən tələbə yoldaşı Aaron Qrenspandır (Aaron Greenspan).
Müstəqil araşdırmaçılardan ibarət "PlainSite” adlı bir qrup 70 səhifəlik parort yayımlayaraq "Facebook´un qurucusu
Mark Zukerbergin şirkətin yatırımçılarını aldatdığını bildirib.
Aaron Qrenspanın liderlik etdiyi qrupun raportunda bildirilir ki, "Facebook” saxta hesablar problemi haqqında yatırımçılara əvvəldən bəri yalan söyləyir və bu səbəbdən də "Facebook” bir çox statistik rəqəmləri açıqlamağı dayandırıb. Çünki bu statistikalar bir-birlərinə
zid gəlir və hətta uydurmadır.
Qrupun açıqlamasında, "şirkət öz yaratdığına nəzarəti itirdi” ifadəsi işlədilir.
Araşdırmaya görə gerçekmiş kimi hərəkət edən avtomatik saxta hesablar "Facebook”a reklam verənlərin boşuna pul xərcləməsinə
səbəb olur.
Bu avtomatik saxta hesablardan eyni zamanda yalan xəbər kampanyaları təşkil etmək və ya seçkilər kimi önəmli hadisələrdə istifadəçiləri yönləndirmək üçün istifadə edilir.