AB “Atatürk avro”su hazırladı
26.01.2019
Avropa Mərkəzi Bankı Türkiyənin mərhum prezidenti Mustafa Kamal Atatürkün rəsmi olan avro əsginazları dərc edib.
"Dövran Media" xəbər verir ki, dərc edilən əsginazın turizmdə tanıtım və xatirə məqsədiylə istifadə ediləcəyi və sayının 5 min ədəd olduğu vurğulanıb. Əsginaz dövriyyədə olan avro ilə eyni özəlliyə sahibdir.
Avropa Mərkəzi Bankı yeni əsginazı numizmatik Özgür Honaşın yardımı ilə hazırlayıb. Honaş "Hürriyət” qəzetinə açıqlamasında Çanaqqala zəfəri və 15 iyul çevrilişində şəhid olan şəxslərin xatirəsi üçün əsginaz hazırlamağı planlaşdırdıqlarını bildirib.