Xanım göstəriş verdi, "Azərenerji" dərhal işə başladı
26.01.2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Hərbiləşdirilmiş Mühafizə Dəstəsi MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə Azərenerji ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.
Bu barədə Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.
Bununla bağlı Azərenerji ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.