Rusiya və İran gücləri arasında atışma: 200 ölü
26.01.2019
Suriyanın Həma vilayətinin Əl-Qab bölgəsində rusiya və iranyönlü qruplaşmalar arasında toqquşma yaşanıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Şpigel Onlayn” jurnalı məlumat yayıb.
Döyüş zamanı hər iki tərəf zirehli texnika, qumbaraatanlar və pulemyotlardan istifadə edib. Toqquşmada üstünlüyü rusiyayönlü qüvvələr qalib gəliblər. Onlar bir neçə kəndi nəzarət altına alaraq, Xvaiz şəhərinə yaxınlığında qərarlaşıblar.
Hələlik tərəflərin nə qədər itki verdiyi dəqiq açıqlanmayıb. İddialara görə, toqquşma nəticəsində ölənlərin sayı 200 nəfərə çata bilər.