08 04 2025-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Hacı Muradın quru kəlləsi Dağıstana verilməlidir

25.01.2019

Rusiya prezideninin administrasiyasında razılaşdılar ki, Hacı Muradın quru kəlləsi Dağıstana verilməlidir.
"Dövran Media" Milli.Az-a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının deputatı Hacımurad Ömərov Facebook səhifəsində belə yazıb."Dağıstan Respublikasının rəhbərliyi ilə aparılmış məsləhətləşmələr sonucunda qalıqların respublikadakı daxili situasiya nəzərə alınmaqla sonradan Dağıstana verilməsini gerçəkləşdirmək barədə qərar qəbul olunub", - sənəddə deyilir. Ömərin sözlərinə görə, bu qərar Şimali Qafqaz xalqları, habelə "ədalətə inanan hər kəs" üçün önəmli hadisədir.
Hacı Muradın qalıqlarının Dağıstanda təkrarən dəfn olunması üçün rəsmi Mahaçqala Azərbaycanla danışıqlar aparmalıdır. Tarixçilərin fikrincə, bu, emosional müzakirələrə səbəb ola bilər.
Avarların qəhrəmanı Hacı Murad İmam Şamilin naibi və "sağ əli" olub. Lev Tolstoyun eyniadlı povestinin qəhrəmanı 1852-ci ildə Azərbaycan ərazisində Çar Rusiyasının dağ milisi ilə toqquşmada həlak olub.O, Qax rayonunda dəfn olunub.Hacı Murad qətlə yetiriləndən sonra onun başını kəsiblər, kəlləsini Sankt-Peterburqa yollayıblar və mumiyalaşdırıblar.
Hacı Muradın kəlləsi hazırda Rusiyanın Antropologiya və Etnoqrafiya Muzeyində saxlanılır.