13:57:38 05 04 2025-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Millət vəkili: "Formaları məktəblərə satdırırlar"

24.01.2019

"Yerlərdə məktəb formalarını məktəblərə satdırırlar. Bununla bağlı narazılıqlar var. Narazılıqların yaranmaması üçün nə isə düşünmək lazımdır.".
"Dövran Media" bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Deputat müəllimlərin həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçirilməsini düzgün saymayıb. O hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: "Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirmənin olmasına nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur".