Trampın təzyiqləri 100 milyard tapmağa kömək etdi - Pompeo
24.01.2019
ABŞ Prezidenti Donald Trampın NATO-ya təzyiqlərindən sonra alyans əlavə maliyyə resursları axtarmağa başlayıb.
"Dövran Media" xəbər verir ki, bunu "Foks Nyus” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, məhz bunun sayəsində NATO Baş katibi Yens Stoltenberqin bu il tabeliyində olan büdcə təxminən 100 milyard dollar böyüyəcək:
"Bu büdcə kifayət qədər böyükdür. Əgər Prezident Tramp tərəfdaşlarına təzyiq göstərməsəydi, belə olmayacaqdı. Trampın fəaliyyətləri NATO-ya ABŞ-ın əvvəlki administrasiyalarının hamısından daha çox xeyir gətirib”.