Dünya çempionatında tətbiq ediləcək maraqlı SİSTEM
03.03.2018
Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunmasını dəstəkləyib. Həmçinin VAR sistemi 2018-ci il keçiriləcək futbol üzrə dünya çempionatında da istifadə ediləcək.
Bu qərar fevralın 3-də IFAB-ın FIFA rəhbəri Canni İnfantinonun rəhbərliyi ilə keçirilən iclasından sonra qəbul olunub.
Hakimlərə video kömək sistemi artıq Fransa və İtaliya kimi bir neçə Avropa ölkəsində, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda istifadə edilib. Fevralın sonlarında UEFA rəhbəri Aleksander Çeferin Çempionlar Liqasının gələn mövsümdəki oyunlarında VAR sisteminin tətbiq edilməyəcəyini bildirib.
Bu sistemin məqsədi qol, penalti, oyunçunun meydançadan qovulması və futbolçuların sarı və qırmızı kartla cəzalandırılması zamanı səhvlərdən yayınmaqdır.
Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
"DM"