Azərbaycanda yeni blokları nəzərdən keçiririk - Ələkbərov
23.01.2019
Rusiyanın "LUKoil" neft şirkəti Xəzərin Azərbaycana və Qazaxıstana məxsus şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparır.
"Dövran Media" xəbər verir ki, bunu Davosdakı Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevlə görüşdən sonra "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
"Azərbaycandakı yeni geoloji kəşfiyyat bloklarını nəzərdən keçiririk, SOCAR ilə birgə araşdırırıq. Hansı bloklar olduğunu demək istəmirəm, çünki məsələ erkən mərhələdədir", - V. Ələkbərov qeyd edib.