AzTV-də işdən çıxarılanların SİYAHISI
23.01.2019
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin keçmiş aparat rəhbəri Dəyanət Cəfərov Arif Alışanovun sədrliyi dönəmində işdən azad olunub".
"Dövran Media" xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova televiziyada aparılan kadr islahatlarından danışarkən deyib.
O, qeyd edib ki, onun yerinə təyinat da elə keçmiş sədrin rəhbərliyi dövründə baş tutub: "Hazırda aparat rəhbəri Cabbar Quliyevdir. O da uzun illər AzTV-də çalışıb. Televiziyada isə kadr islahatları maliyyə şöbəsindən başlayıb. Bildiyiniz kimi, İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev işdən çıxarılıb. Eyni zamanda, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev də tutduqları vəzifədən azad olunublar".