Braziliya dövlət şirkətlərini özəlləşdirir
23.01.2019
Braziliya dövlət şirkətlərinin böyük hissəsini satmaq niyyətindədir.
"Dövran Media" xəbər verir ki, bunu "Blomberq” agentliyinə müsahibəsində Braziliyanın yeni prezidenti Jair Bolsonaru deyib. Onun sözlərinə görə, dövlət şirkətlərinin özəlləşdirilməsi planı artıq hazırdır. O, dövlət şirkətlərinin artıq ölkəyə heç bir gəlir gətirmədiyini deyib.
Bolsonaru həmçinin ölkənin əsas neft şirkəti olan "Petrobras”ın da bir hissəsinin özəlləşdiriləcəyini vurğulayıb.