21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir 3 nazirliyə tapşırıq verdi: Yeni qurum

23.01.2019

Azərbaycanda yeni dövlət agentliyi yaradılacaq.
"Dövran Media" xəbər verir ki, bu, prezident İlham Əliyevin imzaladığı "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanda əksini tapıb.
Baş nazir Novruz Məmmədov fərmanın icrası ilə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni zamanda Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.