21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gəncləri işə götürən sahibkarlara güzəştlər ediləcək

23.01.2019

"Hazırda həm qanunvericiliyə, həm də peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır".
"Dövran Media" xəbər verir ki, bunu peşə təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq: "Onların əməkdaşlıq səviyyəsindən asılı olaraq müəyyən güzəştlərin olması nəzərdə tutulur".