21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyalı politoloq: "Azərbaycan istehsalçıları Rusiya ticarət şəbəkəsinə çətinliklə yol tapırlar" - MÜSAHİBƏ

23.01.2019

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-Sovet Tədqiqatlar Mərkəzinin eksperti Aleksandr Karavayev "Report”a eksklüziv müsahibəsində Rusiya ilə Azərbaycanın hazırkı iqtisadi-ticari əlaqələri, azərbaycanlı və rusiyalı ixracatçıların üzləşdikləri problemlər, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində qanunsuz olaraq istehsal olunan məhsulların Rusiya bazarına yol tapması kimi məsələlərə toxunub.
- Hazırda Azərbaycanla Rusiya arasındakı iqtisadi-ticari əlaqələrin səviyyəsi barədə fikriniz necədir?
- İki ölkə arasındakı əlaqələrin zirvə vurduğunu söyləyə bilərik, amma eyni zamanda 2013-2014-cü illər böhranından əvvəlki səviyyəyə hələ də çatmamışıq. 2018-ci ildə iki ölkə arasında 2,5 milyard ABŞ dolları məbləğindəki ticarət dövriyyəsi o dövrün rəqəmlərinə yaxın olsa da, sıçrayışa nail ola bilməmişik. Digər tərəfdən, Azərbaycanın qeyri-xammal məhsullarının Rusiya əsas istehlakçılarındandır, amma bu, daha çox aqrar bölməsinin məhsullarına aiddir.
- İqtisadi əməkdaşlığımızın başlıca sahələri hansılardır?
- Rusiya ilə Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrinin başlıca sahələrindən biri Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracıdır. İkinci yerdə neft-qaz sahəsindəki əlaqələrdir. İnvestisiyalara gəlincə, Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox sərmayə qoyub. Sənaye sahəsindəki əməkdaşlıq əlaqələrimizə misal olaraq Gəncə Avtomobil Zavodunda UAZ və "KamAZ” tipli avtomobillərin yığılmasını çəkə bilərik.
- Bəs ölkələrimiz arasındakı ticari əlaqələrdəki çatışmayan nədir, nələr təkmilləşdirilməlidir?
- Bilirsiniz, Azərbaycan istehsalçıları Rusiya ticarət şəbəkəsinə çətinliklə yol tapırlar. Eynilə Rusiyanın orta və kiçik istehsalçıları üçün də Azərbaycan bazarına yol tapmaq asan deyil. Ölkələrimizin ticari əlaqələrinin genişləndirilməsi baxımından Azərbaycanın Rusiyadakı bir ildən artıqdır fəaliyyət göstərən ticarət nümayəndəliyidir. Ticarət sərgilərinin keçirilməsi, müxtəlif sövdələşmələrin dəstəklənməsi, Rusiya bazarında Azərbaycan məhsullarının tanıdılması kimi məsələlərdə nümayəndəliyin əhəmiyyəti danılmazdır.
Sözsüz ki, Azərbaycan məhsullarının kəmiyyət və keyfiyyət baxımdan Rusiya bazarının meyarlarına nə dərəcədə uyğun gəlməsi də mühüm məsələdir. Məsələn, aqrar məhsullardan söhbət gedirsə, təkcə dadı yox, necə qablaşdırıldığı, təqdim olunması, oxşar məhsullarla rəqabətə davamlı olub-olmaması da əhəmiyyətlidir. Azərbaycan tərəfi bütün bunların ani məsələ yox, davamlı olaraq təkmilləşdirilməli məqamlar olduğunu unutmamalı və mütəmadi olaraq bu istiqamətdə çalışmalıdır.
- Bəs Azərbaycanın işğal olunan ərazilərində qanunsuz olaraq istehsal edilən məhsulların Rusiya bazarına, o cümlədən məşhur ticarət şəbəkələrinə yol tapması barədə nə deyə bilərsiniz?
- Əvvəla, dediyiniz məhsullar yalnız etiketlərindəki qeydlərə görə "Artsax” mənşəlidir, Rusiyaya qanuni yollarla, Ermənistanda rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxslər vasitəsilə çatdırılır. İri ticarət şəbəkələrində belə məhsulları məqsədli şəkildə yiğişdıran olmayacaq, çünki sərfəlidir. Həmin məhsulların tədarükünü ikili mənafe dəstəkləyir. Rusiyanın bu sahədə nəzarətçi və tənzimləyici qurumları da əsasən məhsulların keyfiyyət meyarlarına uyğunluğuna diqqət yetirdiyi üçün bu məhsullara qarşı inzibati tədbir görməzlər. Odur ki, qeyd etdiyiniz problemi başqa səviyyəyə çıxarıb qoymaq lazımdır. Hələlik isə o məhsullar fərdi şəkildə ayırd edilməlidir. Məsələn, bütün dünyada turizm sərgilərində "Dağlıq Qarabağ” necə peyda olur? Buna qarşı çarə yoxdur, qadağa qoymaq mümkün deyil. Dağlıq Qarabağın turizm imkanlarını, yaxud məhsullarını reklam edənlər qanunu pozmursa, onlara qanuni əngəl qoymaq olmaz. Həmin bölgənin işğal olunması məsələsinə iqtisadi-ticari fəaliyyətin dəxli yoxdur. Elə turizm sərgilərində həmin o stendlərin qarşısı necə alınır? Azərbaycan səfirliyi və ya başqa nüməyəndələr təşkilatçılarla əlaqə saxlayır, məsələnin diplomatik qalmaqal səbəbi olduğunu bildirir. Yəni hər dəfə bunu tapmaq, sonra gedib izah etmək, razılığa gəlmək lazım gəlir. Bütövlükdə isə Azərbaycanın istinad edə biləcəyi, bu cür halların qarşısını alacaq hansısa qanun mövcud deyil.