Bu ölkənin adı dəyişdirilə bilər -TƏKLİF
23.01.2019
"Dövran Media” Ria.novosti-yə istinadən xəbər verir ki, Qazaxıstan Parlamenti Məclisinin deputatı, Qazaxıstan Demokratik Partiyasının "Ak Jol" fraksiyasının rəhbəri Azat Peruaşev ölkənin rəsmi adını Qazax Respublikasına dəyişməyi təklifi ilə cıxış edib.
"Biz hökumətə "Qazax Respublikası” rəsmi adını nəzərdən keçirməyi təklifini irəlı sürmüşük ", - deyə, Peruaşev jurnalistlərə bildirib. O, həmçinin qeyd edib ki, bu təklif öz fraksiyasının üzvləri tərəfindən dəstəklənib. Onun sözlərinə görə, eyni zamanda, "Qazaxıstan" sözü də qeyri-rəsmi danışıqlarda və yazılarda istifadə edilə bilər. "Biz deyirik ki, hər kəs tərəfindən istifadə edilən" Qazaxıstan " köklü adı ilə yanaşı, rəsmi olaraq, Qazax Respublikası adını hökumətin nəzərdən keçirməsi mütləqdir " – deyə, Peruaşev əlavə edib.
O vurğulayıb ki, bir çox ölkələrin təcrübəsinə görə, respublikanı onu yaradan xalqın adı ilə çağırmaq lazımdır. "Biz iki adın paralel gedişindən danışırıq", -deyə, Peruaşev açıqlayıb. Onun fikrincə, bu, tarixi ədalət məsələsidir.
"DM"