21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mətin Kərimli: "Azərbaycan vətəndaşlarının 50 faizinin yaşı 29-dan aşağıdır"

23.01.2019

"Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşlı gənclər təşkil edir. Bu da hökumətin uzunmüddətli siyasət aparması üçün zəmin yaradır
Uşaqlar da nəzərə alınarsa, Azərbaycan vətəndaşlarının 50 faizinin yaşı 29-dan aşağıdır".
"Dövran Media" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, ölkədə bu gün 14-29 yaşlı gənclər arasında işsizlik göstəricisi 9,2 faizdir: "Bu da ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir".
M.Kərimli qeyd edib ki, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Hər il ölkədə yüz minə yaxın gənc əmək bazarına daxil olur. Gənclərin məşğulluğu ilə bağlı ortaq məsuliyyət var".