Suriya İsraili təhdid etdi: Təl-Əvivi vura bilərik
23.01.2019
Dəməşq İsrailin hücumlarına Təl-Əviv hava limanına zərbə ilə cavab verə bilər.
"Dövran Media" xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası İsrailin Suriyaya endirdiyi zərbələrə qarşı tədbir görməyəcəyi halda rəsmi Dəməşq sözügedən addımı ata bilər.