Moskvada qondarma rejimin nümayəndəliyi açılır
23.01.2019
Moskvada qondarma Dnestryanının rəsmi nümayəndəliyi açılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı qondarma Dnestryanı rejiminin liderinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, ilk dəfə Moskvada Dnestryanı nümayəndəliyi 2005-ci ildə peyda olub. Onun funksiyalarını o zaman Dnestryanı Əməkdaşlıq Mərkəzi İctimai Təşkilatı icra edib. 2012-ci ildə bu strukturun fəaliyyəti dayandırılıb.