Tələbələr təkid etdi, türk dili tədrisə qaytarıldı
22.01.2019
Binab Universitetində türk dili və ədəbiyyatı dərsliklərinin yenidən tədrisi başlanılıb.
"Dövran Media" xəbər verir ki, bu, türk tələbələrin universitet məsullarının qanunsuz qərarına qarşı etirazından sonra mümkün olub.
Heç bir açıqlama vermədən türk dili və ədəbiyyatı dərsliklərinin ləğv olunması universitetin türk tələbələri tərəfindən kəskin etirazla qarşılanıb. Tələbələr aksiyaya hazırlaşarkən universitet məsulları geri addım ataraq verilən qərarı ləğv ediblər.
Qeyd edək ki, Binab Universitetində türk dili və ədəbiyyatı fənni iki dərslik şəkilində son iki semestrdir təhsil ocağına təqdim olunub. Bu dərsliklər məcburi deyil, könüllü olaraq bu fənni seçən öyrəncilərə tədris olunur. Ötən günlərdə isə universitetin yeni rəhbərliyi heç bir açıqlama vermədən sözügedən dərsliklərin ləğv olunduğunu açıqlamışdı.