Paşinyanı yenidən Moskvaya çağırdılar
22.01.2019
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiyanın paytaxtına səfər etməyi planlaşdırır.
"Dövran Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, N.Paşinyan Davosdan sonra Moskvaya gedəcək.
Bildirilir ki, o, yanvarın 25-də Avrasiya iqtisadi birliyinin ofisində çıxış edəcək.
Qeyd edək ki, 2019-cu ildə Avrasiya iqtisadi birliyinin rəhbərlik orqanlarında sədrlik Rusiyadan Ermənistana keçir.