Çavuşoğludan möhtəşəm Qarabağ AÇIQLAMASI
22.01.2019
Türkiyə Qarabağ məsələsi həll edilmədən Ermənistanla münasibətləri normallaşdırmayacaq.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Ankara Qarabağ məsələsində daha qətiyyətli olmaq niyyətindədir:
"Bəzi məsələlərin həlli üçün təkcə öz maraqlarının müdafiə etmək kifayət deyil, təşəbüskar olmaq lazımdır. Qarabağ probleminin həll edilmədiyi bugünkü gündə Qafqazda stabilliyi təmin etmək, Ermənistanla münasibətləri normallaşdırmaq mümkün deyil. 2019-cu ildə biz bu mövzularla daha davamlı şəkildə məşğul olacağıq”.