21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İ.Kərimov: Ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə catıb

22.01.2019

"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə (FAO) tərəfdaşlıq proqramının işə salınmasına həsr olunmuş tədbir zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunu prioritet sahələrindəndir:
"Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 faizdən çox olub".
İ.Kərimov vurğulayıb ki, aqrar sahənin inkişafının əsas istiqamətləri ərzaq təhlükəsizliyinin təminatı, ölkənin sağlam qida ilə təmin olunması və kənd rayonlarının inkişafıdır:
"Bu baxımdan bizim prioritetlərimiz FAO ilə üst-üstə düşür. FAO beynəlxalq arenada Azərbaycan ən vacib tərəfdaşlarındandır".