Məşhur din xadimi türmədə öldü
22.01.2019
Səudiyyə Ərəbistanının məşhur din xadimi Əhməd əl-Əmari həbsxanada vəfat edib.
"Dövran Media" xəbər verir ki, bu barədə din xadiminin ailəsi məlumat yayıb.
Əmari bu ay xəstəxanada beyin insultu keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Əmari və tanınmış din xadimi Səfər əl-Xəvaliyə yaxın olan bir neçə alim 2018-ci ilin avqustunda həbs olunmuşdu. Xəvali özü isə Səud ailəsi haqqında yazdığı kitabın nəşr olunmasından sonra saxlanılmışdı.