21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Milli ön”də oğurluğun üstü açılıb

21.01.2019

"Dövran Media" xəbər verir ki, "Milli ön” ödəmə terminallarından 123 min manata yaxın pul oğurlanıb
DİN-dən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış "Milli ön” ödəmə terminallarından 122 742 manat və 1200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkassator işləyən Bakı şəhər sakini İlqar Əlixanov saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42 145 manat və 9400 ABŞ dolları aşkar edilərək götürülüb.