Dənizdə faciə: 117 nəfər ölən var
19.01.2019
Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan qayıq batıb.
"Dövran Media" xəbər verir ki, hadisə nəticəsində qayıqdakı 120 miqrantdan 177-i boğulub. Axtarış-xilasetmə tədbirləri zamanı yalnız 3 nəfərin həyatını xilas etmək mümkün olub. Ölənlərdən 2-si azyaşlı, 1-i isə hamilə olub. Məlumata görə, həlak olanların əksəriyyəti Qərbi Afrika ölkələrinin vətəndaşlarıdır.
Sözügedən hadisə Aralıq dənizində ilin ilk ölümlə nəticələnən qəzasıdır.
Xatırladaq ki, ötən il Aralıq dənizində baş verən qayıq qəzalarında 2262 miqrant boğularaq ölüb.