Sərkisyan siyasətdən gedir? - Şarmazanov
19.01.2019
Serj Sərkisyan aktiv siyasətdən getməyib.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib. O, hazırda Ermənistan Respublikaçılar Partiyasının rəhbərliyinin dəyişməsinin gündəmdə olmadığını deyib:
"Serj Sərkisyan bizim rəhbərimizdir. Biz onu qurultayda seçmişik. Onun hələ çox işi var”.