Nazir polkovniki vəzifədən çıxardı - Yeni təyinatlar
19.01.2019
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib.
Azvision.az -ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib.
Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.